Bu gün kişi basketbolçulardan ibarət Azərbaycan yığması AVRO-2029-un seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxıb.
Offsideplus.az xəbər verir ki, Tahir Baxşıyevin rəhbərlik etdiyi komanda doğma meydanda Şimali Makedoniya seçməsini sınağa çəkib. Bakı İdman Sarayında baş tutan qarşılaşma saat 20:00-da başlayıb. Görüş rəqibin 70:78 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, millimiz turnir ərzində Şimali Makedoniya (49:87) və Lüksemburqa (90:95) məğlub olsa da, İrlandiya üzərində (76:75) qələbə qazanmağı bacarıb.
FIBA EuroBasket 2029, ilkin təsnifat mərhələsi
20:00 Azərbaycan - Şimali Makedoniya 70:78 (28:19, 16:18, 12:21, 14:20)
Bakı İdman Sarayı
4 turdan sonra A qrupunda hazırkı vəziyyət:
1. Şimali Makedoniya - 8 xal
2. Lüksemburq - 5 xal
3. Azərbaycan - 5 xal
4. İrlandiya - 3 xal.
Qeyd edək ki, İrlandiya - Lüksemburq oyunu hazırda davam edir.



