Kişi basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Offsideplus.az xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu yığma Dublində İrlandiya komandasının qonağı olub.
Matç "National Basketball Arena"da, Bakı vaxtı ilə saat 23:30-da start götürüb. Görüş yığmamızın 75:76 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl Şimali Makedoniya (49:87) və Lüksemburqa (90:95) uduzub. Yığmamız martın 2-si saat 20:00-da Bakı İdman Sarayında Şimali Makedoniyanı qəbul edəcək.
27 fevral
EuroBasket-2029, ilkin təsnifat mərhələsi
İrlandiya - Azərbaycan 75:76 (19:18, 16:23, 19:18, 21:17)


