"Real Madrid" yayda heyətini gücləndirməyi planlaşdırır.

Offsideplus.az xəbər verir ki, "kral klubu" Rodri və Niko Şlotterbeki transfer etmək istəyir.

Rodrinin "Mançester Siti" ilə müqaviləsi 2027-ci ilin yayında başa çatır.

O, hələlik sözləşmə uzatmaq barədə yekun qərarını verməyib.

Madrid təmsilçisinin rəhbərliyi onun böyük fanatıdır.

Hər şey "Qızıl top" sahibinin yekun qərarından asılıdır.

Şlotterbek də "Real Madrid"in transfer siyahısındadır. Klub onu izləmək üçün skautlarını da göndərib.

Almaniyalı müdafiəçinin də Rodri kimi müqaviləsi gələn ilin yayında yekunlaşacaq.