Yaxın Şərqdə gərginliyin artması və ABŞ-ın Ər-Riyaddakı səfirliyinə edilən hücumlar Kriştiano Ronaldonu hərəkətə keçirib.

Offsideplus.az xəbər verir ki, portuqaliyalı ulduzun 61 milyon funt-sterlinqlik şəxsi təyyarəsi gecə yarısı ailəsi ilə birlikdə Səudiyyə Ərəbistanını tərk edərək Madridə yollanıb. Uçuş izləmə radarları təyyarənin 7 saatlıq səfərdən sonra İspaniya paytaxtına endiyini təsdiqləyib.

Bölgədəki hərbi gərginlik səbəbindən əcnəbi məşhurların kütləvi şəkildə ölkəni tərk etdiyi bildirilir.

AFC təhlükəsizlik riski ilə əlaqədar Asiya Çempionlar Liqasının qərb zonası üzrə bütün oyunlarını, o cümlədən "Əl-Nəsr"in matçını qeyri-müəyyən müddətə təxirə salıb.

Xəbər xarici mediada Ronaldonun təhlükəsizlik məqsədilə müvəqqəti olaraq Avropaya sığındığı kimi qiymətləndirilir.