“Qızlar sona qədər mübarizə apardılar”.

Offsideplus.az xəbər verir ki, bu sözləri qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov mətbuat konfransında deyib.

Mütəxəssis dünya çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda Şimali İrlandiyaya qarşı keçirdikləri matç haqqında fikirlərini bölüşüb: “Çətin olacağını bilirdik. Buna baxmayarq çox istəyirdik ki, qalib gələk. Şükürlər olsun ki, qələbə bizim oldu. Buna görə qürurlanırıq. Komandama təşəkkür edirəm. Oyunun bəzi məqamlarında  problemlərimiz oldu. Xüsusilə də ilk 20 dəqiqədə. Ancaq sonradan komanda özünə gəldi və hücumlar qura bildik. Necə hazırlaşmışdıqsa, elə də qollar vurduq. Bu da sevindirici haldır”.

Baş məşqçi Macarıstan millisi ilə oyun haqqında da danışıb: “Bəzi oyunçularımız var ki, zədəlidirlər. Tam bərpa olmaq çox çətindir. Əlimizdə daha çox oyunçu olsa, rotasiya etmək mümkündür. Bu gün ağır oyun oldu. Macarıstana gedəcəyik. Yolumuz var. Əlimizdən gələni edəcəyik ki, qızları oyuna kökləyə bilək. Macarıstanın gücünü bilirik. Bizim üçün çətin olacaq”.

Qeyd edək oyun millimizin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.