Vladiqafqazda 2 qat olimpiya çempionu Soslan Andiyevin xatirə turniri baş tutub.

Offsideplus.az xəbər verir ki, Rusiyada keçirilən turnirdə güləşçimiz Maqomedxan Maqomedov ilk dəfə özünü 125 kq-da sınayıb. Yeni çəkidə debüt edən idmançımız bu yarışda bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Xasavyurt isə Şamil Umaxanov turnirinə ev sahibliyi edib. Yığma üzvlərindən Murad Yevloyev (74 kq), Ali Tsokayev (86 kq) və Osman Nurmaqomedov (97 kq) gümüş, Qadjimurad Omarovla (74 kq), Muxammad Qantemirov (125 kq) isə bürünc medal qazanıb.