"Real Madrid" rəhbərliyi yay transfer dövrü üçün indidən çalışmaları davam etdirir.
Offsideplus.az xəbər verir ki, onlar xüsusən də müdafiə xəttini gücləndirmək üçün transfer çalışmalar aparır.
Madrid klubu “Liverpul”un müdafiəçisi İbrahima Konatenin nümayəndələri ilə danışıqları yenidən bərpa edib və futbolçunu bu yay azad agent kimi heyətinə qatmağa hazırdır.
Bildirilir ki, “Real Madrid” müdafiədə problemlər yaşadığı üçün bu mövqeyə bir neçə yeni oyunçu transfer etməyi planlaşdırır.
Klubda Antonio Rüdiger, David Alaba və Dani Karvaxalın müqavilələrinin müddətinin bitməsi, həmçinin Eder Militaunun tez-tez zədələnməsi səbəbindən rəhbərlik müdafiə xəttini gücləndirməyi prioritet hesab edir.
Bununla yanaşı, klub prezidenti Florentino Perez Çempionlar Liqasının həftəiçi keçirilən oyununda Rodrinin çıxışından razı qalmayıb.
Bu səbəbdən “Mançester Siti”nin yarımmüdafiəçisinin transferi ideyası rəhbərlik tərəfindən hələlik tam dəstəklənmir.


