"Karvan-Yevlax" Misli Premyer Liqasının XXIV turunda "Araz-Naxçıvan"a minimal hesabla məğlub olub - 1:2.

Offsideplus.az xəbər verir ki, Yevlaxlıların baş məşqçisi Fizuli Məmmədov görüşdən sonra baş tutan mətbuat konfransında oyunu şərh edib:

"Son 2 oyundan sonra bu oyunda da məğlub olmamaq istəyirdik. İlk hissədə 2 səhvimiz oldu. İkinci hissədə bir qol vura bildik, amma məğlubiyyətdən xilas ola bilmədik. Daha aqressiv olduq. Düşünürəm ki, bəzi epiozodlarda verilən son qərarlarlarda çətinlik yaşadıq.

"Yeganə qolu vuran Spensi niyə əvəzlədiniz?" sualına F.Məmmədov belə cavab verib:

"Oyunçunu yormaq istəmədim".