“Arxamca danışanlar tələsməsinlər, yaydan artıq bir yerdə işləyəcəyəm”.
Offsideplus.az xəbər verir ki, bu sözləri “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 24-cü turunda “Sumqayıt”la oyundan sonra baş tutan mətbuat konfransında deyib.
Mütəxəssis yerli məşqçilərə şans verilməsinin vacibliyini vurğulayıb:
“Özümüz özümüzə dəstək vermədikcə heç nə düzəlməyəcək.
Təbii ki, xarici mütəxəssislər də lazımdır. Adlı-sanlı məşqçilər yerliləri qınayır, onların yerinə göz dikirlər. Nə vaxt klub rəhbərləri yerli mütəxəssislərin arxasında duracaq, onda işləmək mümkündür. Ancaq indi klub rəhbərlərinin 90 faizi yerli məşqçilərin arxasında dayanmır.
Məşqçilərin tez-tez dəyişməyi çıxış yolu deyil. Bu gün yerli məşqçilər bir-birinə dəstək verməlidir.
Ümumiyyətlə, bir çox klub rəhbərləri komandadan getməlidir. Nəticə qazanmayanda onları da sorğu-sual etmək lazımdır. Nə qədər məşqçi dəyişmək olar?".


