“Düşünürəm ki, futbolçular sona kimi mübarizə apardılar”.
Offsideplus.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Saşa İliç mətbuat konfransında deyib. Mütəxəssis Misli Premyer Liqasının 24-cü turunda “Şamaxı”ya 0:1 hesabı ilə uduzduqları matçla bağlı fikirlərini bölüşüb: "Bu gün digər məğlub olduğumuz matçlara nisbətən daha yaxşı oynadıq. Doqquz oyundur niyə qələbə qazana bilmədiyimizi mən də bilmirəm. Avrokuboklar şansımız azaldığı üçün bundan sonrakı matçlarda akademiyamızın gənc futbolçularına da şans verəcəyik.
Çempionata yaxşı başlamışdıq. Lakin əvvəldən də bilirdik ki, bizə bir müddət sonra yeni futbolçular lazım olacaq. Təəssüf ki, transfer məsələsi istədiyimiz kimi olmadı və nəticədə də ardıcıl məğlubiyyətlər gəldi".
İliç istefa verəcəyi ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib:
"Müqaviləm var. Hazırda getmək haqqında düşünmürəm. İstəyirəm ki, bu mövsümü "Sumqayıt"ın layiq olduğu yerlərdə bitirək. Mövsümün sonunda bu barədə danışarıq”.


