Fransa Liqa 1-də PSJ "Oser"i 3:1 hesabı ilə məğlub edib.

Offsideplus.az xəbər verir ki, Xviça Kvaratsxeliya bu qarşılaşmada dubla imza atıb. Paris təmsilçisinin digər qolunu isə Markinyos vurub. 

Gürcüstanlı futbolçu "Oser"ə qarşı oyunda 95 dəqiqə mübarizə aparıb, 3 açar ötürmə, 5 uğurlu driblinq (5/7) edib və qapıya 7 zərbəsindən 5-i dəqiq olub. 

Videonu təqdim edirik: