"Mançester Yunayted"in gənc müdafiəçisi Eyden Heven qış transfer pəncərəsində icarə əsasında komandadan ayrıla bilər.
Offsideplus.az xəbər verir ki, 20 yaşlı futbolçu baş məşqçi postuna Maurisio Poçettinonun gəlişindən sonra əsas heyətdə daha az oyun şansı qazanacağından ehtiyatlanır.
İngiltərəli müdafiəçinin xidmətində "Barselona" və "Fulhem" klubları maraqlıdır.


