Rusiyanın "Spartak" klubu "Beşiktaş"ın və Cənubi Koreya millisinin hücumçusu O Hyon Qyunu transfer etmək istəyir.

Offsideplus.az "Fanatik" nəşrinə istinadən xəbər verir ki, Moskva təmsilçisi 25 yaşlı forvardı qış transfer pəncərəsində heyətinə qatmağı planlaşdırır.

İstanbul klubu futbolçunu satmaq niyyətində olmasa da, 30 milyon avro və daha yüksək məbləğdə təklifləri dəyərləndirməyə hazırdır.

Qeyd edək ki, O Hyon Qyu cari mövsüm Türkiyə Superliqasında meydana çıxdığı 10 matçda 1 qol vurub.