"Qolden Steyt Uorriors"un baş məşqçisi Stiv Kerr Draymond Qrinin müdafiədəki üstün keyfiyyətlərini xüsusi vurğulayıb. Onun fikrincə, Qrinin universallığı onu müasir liqada digər oyunçulardan fərqləndirir.
Offsideplus.az xəbər verir ki, Stiv Kerr bu barədə belə deyib: "Əvvəla, bu günə qədər gördüyüm ən yaxşı müdafiəçi məhz Draymond Qrindir. Mən artıq 40 ildir NBA-dəyəm. Əgər çempionluq illərimizə qayıdıb Qrinin ən yaxşı dövrünə baxsaq, aydın görünür ki, o, müasir dövrün Dennis Rodmanıdır. Müdafiədəki oyunu, basketbol düşüncəsi və enerjisi ilə hər şeyi dəyişir. Onun hücumdakı ən yaxşı illərini xatırlasaq, sürəti, sürətli hücumlara çıxması və komanda üçün imkanlar yaratması diqqət çəkir. Yadımdadır, 2016-cı il NBA finalının yeddinci oyununda 34 xal və 17 ribaund toplamışdı. Düşünürəm ki, illər keçdikcə hücumdakı təsiri azalıb, amma bu, hər bir basketbolçu üçün keçərlidir. Müdafiədə isə Draymondla müqayisə oluna biləcək başqa oyunçu görməmişəm. Xüsusilə müasir NBA-da, burada həm 9 metr məsafədən müdafiə olunmalı, həm də iri oyunçularla mübarizə aparmaq lazımdır. Liqada bunu bacaran başqa heç kim yoxdur."
Qeyd edək ki, Draymond Qrin 2016/17 mövsümünün ən yaxşı müdafiəçi mükafatına layiq görülüb. Karyerası ərzində beş dəfə NBA-nın ən yaxşı müdafiəçilərdən ibarət birinci, dörd dəfə isə ikinci rəmzi yığmasına seçilib.


