"Barselona" və "Real Madrid" klubları arasında yaranmış mübahisənin məhkəməyə qədər həlli istiqamətində aparılan danışıqlar nəticəsiz qalıb.
Offsideplus.az "Cadena SER" nəşrinə istinadən xəbər verir ki, bu gün keçirilən dinləmələrdə tərəflərin hüquqşünasları ortaq məxrəcə gələ bilməyiblər.
Xatırladaq ki, qalmaqal "Real"ın prezidenti Florentino Peresin may ayında "Neqreyra işi"nə görə Madrid klubunun 7 çempionluq titulundan məhrum edildiyini iddia etməsindən sonra başlayıb. Bundan sonra "Barselona" onun sözlərindən imtina etməsini tələb edərək rəsmi barışıq proseduruna başlamışdı.
Razılıq əldə olunmadığı üçün Kataloniya təmsilçisi məsələni məhkəmə müstəvisində davam etdirəcək.


