"Böyük Dəbilqə" turnirlərinin yeddiqat qalibi, dünyanın üçüncü raketkası ispaniyalı tennisçi Karlos Alkaras "Real"ın və Braziliya millisinin futbolçusu Vinisius Juniordan imzalı buts hədiyyə alıb.
Offsideplus.az xəbər verir ki, Alkaras bununla bağlı sosial şəbəkə hesabında paylaşım edərək braziliyalı futbolçuya təşəkkürünü bildirib. Vinisius isə həmin paylaşımı öz səhifəsində "qardaşım" qeydi ilə yenidən yayımlayıb.
Qeyd edək ki, Karlos Alkaras cari mövsümdə "Australian Open"in qalibi olub, noyabrın 22-də isə İtaliyanın Turin şəhərində keçirilən ATP Yekun Turnirinin finalında almaniyalı Aleksandr Zverevi (6:2, 7:6) məğlub edərək çempionluğu qazanıb.



