​"Real Madrid" rəhbərliyi yeni baş məşqçinin təyinatı ilə bağlı qərarını yaxın zamanda elan etməyə hazırlaşır.

Offsideplus.az xəbər verir ki, ​klubun bu addımı xüsusilə qarşıdan gələn "Barselona" ilə matçın nəticəsindən asılı olacaq. Belə ki, komanda əzəli rəqibinə məğlub olacağı təqdirdə, rəsmi açıqlamanın sürətləndiriləcəyi gözlənilir.

​Hazırda Madrid təmsilçisinin rəhbərliyi komandadakı vəziyyəti sabitləşdirmək üçün namizədlər üzərində son müzakirələri aparır.