Azərbaycan güləşçilərinin zəfər yürüşü davam edir.

Offsideplus.az xəbər verir ki, ağır çəkidə ölkəmizi təmsil edən Giorgi Meşvildişvili rəqiblərinə heç bir şans tanımayaraq növbəti dəfə zirvəyə yüksəldi.

​125 kq çəki dərəcəsində mübarizə aparan pəhləvanımız final qarşılaşmasında Macarıstan təmsilçisi Vladislav Baytsayev ilə qarşılaşdı. Görüş boyu tam üstünlük nümayiş etdirən Giorgi, rəqibini 8:0 kimi darmadağın edici hesabla məğlub etdi.

​Bu parlaq qələbə ilə Giorgi Meşvildişvili karyerasında 2-ci dəfə Avropa çempionu tituluna sahib çıxaraq Azərbaycanın idman tarixinə adını qızıl hərflərlə yazdırdı.