Misli Premyer Liqasının XXIX turunda "Qarabağ" səfərdə "Neftçi"ni 5:1 hesabı ilə məğlub edib. 

Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Qurban Qurbanov matçı şərh edib, komandadakı rotasiyanın səbəbini izah edib: 

"Futbolçuların yorğunluğuna görə rotasiya etməli olduq. Ona görə də bəzi oyunçuları dəyişdik. Həm də futbolçularımız yaxşı məşq edirdi. Özlərini göstərmək istəyirdilər. Hazırlaşmağa çox vaxtımız da olmurdu. Tam komanda halında cəmi bir məşq etmişdik. "Neftçi"yə qarşı oynamaq üçün futbolçulara əlavə motivasiya verməyə ehtiyac yoxdur. Belə oyunlar azarkeşlərə görə gözəl alınır. Belə stadionda oynamaq futbolçular üçün motivasiyadır".