Sərbəst güləş üzrə Avropa çempionu İslam Bazarqanov qazanılan qızıl medaldan sonra təəssüratlarını bölüşüb.

Offsideplus.az xəbər verir ki, 57 kq çəki dərəcəsində qitənin ən güclüsü olan idmançı hələ də çempionluğuna inana bilmədiyini və hisslərini sözlə ifadə etməkdə çətinlik çəkdiyini vurğulayıb.

Finalda qarşılaşdığı Musa Mehtixanova (UWW) qarşı görüşün çox prinsipial olduğunu qeyd edən Bazarqanov, rəqibindən revanş aldığını xatırladıb:

“Dünya çempionatında bu rəqibə məğlub olmuşdum. Onun güləş üslubu mənə uyğun gəlmədiyi üçün bu görüşə köklənmək çətin idi. Allaha şükürlər olsun ki, sonda qalib gələ bildim”.

Qeyd edək ki, bu, İ. Bazarqanovun ilk çempionluğudur.