Azərbaycan sərbəst güləş yığmasının baş məşqçisi Xetaq Qazyumov Avropa Güləş İttifaqı tərəfindən qitənin ən yaxşısı seçilib.
Offsideplus.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
Təcrübəli mütəxəssis sərbəst güləş üzrə 2025-ci ilin ən yaxşı məşqçisi adına layiq görülüb və xüsusi mükafatla mükafatlandırılıb.
Qeyd edək ki, X. Qazyumovun rəhbərliyi altında millimiz ötən mövsüm Avropanın ən güclüsü olub, dünya çempionatında isə 4-cü pillədə qərarlaşıb.


