UFC və PFL-in keçmiş çempionu Frensis Nqannu MMA-da özünü boksla müqayisədə daha rahat hiss etdiyini etiraf edib.
Offsideplus.az xəbər verir ki, kamerunlu döyüşçü boksda özünü sınasa da, MMA-nın onun üçün doğma olduğunu vurğulayıb:
"MMA-da özümü bir müddətdir məşğul olduğum boksla müqayisədə daha rahat hiss edirəm. Boks bir arzu idi, amma MMA mənim kral olduğum yerdir".
Qeyd edək ki, Nqannunun MMA rekordu 18-3, boksdakı göstəricisi isə 0-2-dir.


