UFC çempionu İlya Topuriya dünənki açıqlamaları ilə MMA dünyasında əsl fırtına qoparıb.
Offsideplus.az xəbər verir ki, götürdüyü "Matador" ləqəbi ilə tanınan döyüşçü Konor Makqreqordan tutmuş İslam Maxaçevə qədər bir çox ulduz adı hədəf alaraq onları sərt tənqid atəşinə tutub.
Topuriyanın rəqibləri haqqında işlətdiyi qalmaqallı ifadələr idman gündəminə bomba kimi düşüb:
Konor Makqreqor: "Onun artıq işi bitib, dövrü geridə qalıb."
Neyt Diaz: "O, çox bərbad bir döyüşçüdür."
Peddi Pimblett: "Peddinin düzəlməsi üçün gərək ölüb yenidən doğulsun, ancaq o zaman şansı olar."
İslam Maxaçev: "İslamı boğaraq təslim olmağa məcbur edəcəyəm."
Arman Tsarukyan: "Arman tam bir axmaqdır."
Bu kəskin çıxışlardan sonra həm azarkeşlər, həm də adıçəkilən döyüşçülərin Topuriyaya verəcəyi cavab maraqla gözlənilir.


