Azərbaycan güləşi növbəti uğuruna imza atdı.

Offsideplus.az xəbər verir ki, 92 kq çəki dərəcəsində mübarizə aparan Ali Tsokayev Avropa çempionatında ölkəmizi qürurla təmsil edərək qızıl medala sahib çıxdı.

​Gərgin keçən həlledici qarşılaşmada təmsilçimiz Bolqarıstan idmançısı Ahmed Batayev ilə üz-üzə gəldi. Xalça üzərində böyük əzmkarlıq göstərən Ali, rəqibini 5:3 hesabı ilə məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə ucaldı.