Misli Premyer Liqasının XXIX turunda "Neftçi" evdə "Qarabağ"a 1:5 hesabı ilə məğlub olub.
Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "ağ-qaralar"ın məşqçisi Vitali Vernidub matçı şərh edib:
"Qarabağ" ilə eyni səviyyədə deyilik. Biz də o səviyyəyə çatmaq istəyirik. Ona görə də bizim futbolçularımız da gərək məşq günlərini boş keçməsinlər. Hər gün məşq etmək lazımdır. Arada boşluq vermək olmaz. "Qarabağ"la oynamaq üçün təkcə motivasiya yetərli deyil. Bütün futbolçular öz ambisiyalarını "Neftçi"dən aşağı saxlamalıdır. Çünki əsas olan "Neftçi"dir. Əsas odur ki, bizim öz mövqeyimizi bilməliyik. Öz oyunumuzdakı səhvləri araşdırmalıyıq. Bugünkü hesab 1:5-dir. Ona uyğun tədbrimizi görməliyik. 4 gün sonrakı oyun üçün heyətimizdə dəyişiklər olacaq. Ümid edirəm ki, bu, oyunumuza da təsir edəcək. Peşəkar idmançısansa, belə məğlubiyyətlərdən dərs çıxarmalısan", deyə V.Vernidub qeyd edib.


