Dünya futbolunun nəhəngi olan İngiltərə "Premyer Liqa"sı yayım hüquqlarında inqilabi addım atmağa hazırlaşır.
Offsideplus.az xəbər verir ki, Liqa rəhbərliyi artıq oyunları mövcud yayımçılar vasitəsilə deyil, özünə məxsus rəqəmsal platforma üzərindən azarkeşlərə çatdırmağı planlaşdırır.
Yeni platforma "Netflix" modelində fəaliyyət göstərəcək və dünyanın 188 ölkəsində əlçatan olacaq.
Abunəçilər bütün mövsüm boyu keçirilən bütün qarşılaşmaları canlı olaraq izləyə biləcəklər.
İlkin planlara görə, platformanın aylıq abunə haqqının cəmi 10 funt-sterlinq olması nəzərdə tutulur.
Bu layihənin reallaşması "Mançester Siti", "Liverpul", "Arsenal" və "Çelsi" kimi nəhəng klubların birbaşa azarkeşlərə çıxışını təmin edəcək. Hazırda yayım gəlirlərinin böyük hissəsi vasitəçi şirkətlərə gedir, lakin bu platforma sayəsində gəlirlərin birbaşa klubların büdcəsinə daxil olması gözlənilir.
Əgər bu layihə təsdiqlənsə, yaxın illərdə futbol izləmə vərdişlərimiz tamamilə dəyişəcək.


