Dünya şöhrətli futbolçu Kriştiano Ronaldo böyük oğlu Kriştiano Juniorun anasının kimliyini gizli saxlaması ilə bağlı sərt və səmimi açıqlamalar verib.

Offsideplus.az xəbər verir ki, ulduz futbolçu şəxsi həyatının toxunulmazlığını müdafiə edərək, bu sirri yalnız vaxtı gələndə oğlu ilə bölüşəcəyini bildirib. 

​Ronaldo uşağın anasız böyüməsi ilə bağlı tənqidlərə belə cavab verib:

"Dünyada həm anasız, həm də atasız böyüyən, valideynləri vəfat edən və ya zorakılığa məruz qalan uşaqlar var. Kriştiano Juniorun isə təkcə atası yoxdur, onun möhtəşəm bir atası var. Onun nənəsi var, ailəmin tam dəstəyi var və bu, kifayətdir."

​Futbolçu şəxsi həyatının ictimailəşdirilməsinə qarşı çıxaraq bildirib ki, ananın kimliyini bilmək insanların həyatında heç nəyi dəyişməyəcək. 

Ronaldo bu məlumatın gizli qalmalı olduğunu və insanların onun özəl seçimlərinə hörmət etməli olduğunu vurğulayıb.

 "Mən şəxsi həyatım haqqında dünyaya izah verməyə borclu deyiləm," - deyə o əlavə edib.

​Ronaldo həqiqəti oğlundan gizlətməyəcəyini, lakin bunun üçün doğru zamanı gözlədiyini qeyd edib:

"Kriştiano Junior böyüyəndə ona həqiqəti söyləyəcəyəm. Çünki o, buna layiqdir. Mən bunu ictimaiyyət tələb etdiyi üçün yox, o mənim oğlum olduğu üçün edəcəyəm. Əminəm ki, vaxtı çatanda o, atasını 100% anlayacaq."

​Hazırda "Əl-Nəsr" klubunda forma geyinən ulduz futbolçu ailə dəyərlərinin onun üçün hər şeydən üstün olduğunu bir daha nümayiş etdirib.