Azərbaycanın sərbəst güləş üzrə milli komandası Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında möhtəşəm uğura imza atıb.
Offsideplus.az xəbər verir ki, güləşçilərimiz turniri 3 qızıl, 2 gümüş və 1 bürünc medalla başa vuraraq komanda hesabında 152 xalla növbəti dəfə çempionluq sevincini yaşayıblar.
Bu nəticə ilə millimiz medalların əyarına görə 2009-cu ildən bəri ən yaxşı göstəricisini nümayiş etdirib. Komandamız rəqiblərini böyük xal fərqi ilə geridə qoyub:
- Azərbaycan: 152 xal (Çempion)
- Gürcüstan: 94 xal
- Ermənistan: 73 xal
Azərbaycan seçməsi ən yaxın izləyicisi olan Gürcüstan yığmasını 58 xal qabaqlayaraq qitədəki hegemonluğunu bir daha sübut edib.
Tiranada fəxri kürsüyə qalxan idmançılarımız:
- Qızıl: İslam Bazarqanov (57 kq)
- Qızıl: Əli Tsokayev (92 kq)
- Qızıl: Giorgi Meşvildişvili (125 kq)
- Gümüş: Turan Bayramov (74 kq)
- Gümüş: Arseniy Djioyev (86 kq)
- Bürünc: Cəbrayıl Hacıyev (79 kq)
Bu, milli komandamızın Avropa çempionatları tarixində qazandığı 6-cı komanda çempionluğudur.
Pəhlivanlarımızı bu möhtəşəm və tarixi qələbə münasibətilə təbrik edirik!


