İngiltərənin "Mançester Yunayted" klubu yay transfer pəncərəsində köklü dəyişikliklərə hazırlaşır.

Offsideplus.az xəbər verir ki, klub rəhbərliyi yüksək maaş alan futbolçularla yolları ayıraraq, büdcədə həftəlik təxminən 1.500.000 funt-sterlinq məbləğində qənaət etməyi planlaşdırır.

​Hazırda dünyanın ən yüksək maaş alan oyunçuları arasında yer alan Kazemiro və Markus Reşford siyahıya rəhbərlik edirlər. Klubun həftəlik maaş yükünü təşkil edən əsas oyunçular bunlardır:

  1. ​Kazemiro: 350.000 £ / həftə
  2. ​Markus Reşford: 300.000 £ / həftə
  3. ​Ceydon Sanço: 250.000 £ / həftə
  4. ​Andre Onana: 120.000 £ / həftə
  5. ​Manuel Uqarte: 120.000 £ / həftə
  6. ​Coşua Zirkze: 105.000 £ / həftə
  7. ​Rasmus Höylund: 85.000 £ / həftə
  8. ​Tayrell Malasia: 75.000 £ / həftə
  9. ​Tom Hiton: 45.000 £ / həftə
  10. ​Altay Bayındır: 35.000 £ / həftə

​"Mançester Yunayted" bu "yay təmizliyi" ilə həm maliyyə vəziyyətini stabilləşdirməyi, həm də yeni transferlər üçün büdcədə yer açmağı hədəfləyir.

Xüsusilə gözləntiləri doğrultmayan yüksək maaşlı oyunçuların gedişi klubun gələcək transfer strategiyasında mühüm rol oynayacaq.