"Real Madrid" gənc vinger Franko Mastantuononu icarəyə göndərmək niyyətindədir.

Offsideplus.az xəbər verir ki, 18 yaşlı argentinalı futbolçu ilə ən çox maraqlanan klub "Benfika"dır və hazırda bu variant daha real görünür.

Daha əvvəl məlumat verilmişdi ki, Madrid təmsilçisi Mastantuononu satınalma hüququ olmadan icarəyə verməyə razıdır.

Onun vəziyyətini "Fiorentina" da daxil olmaqla 5-dən çox klub yaxından izləyir.