Formula 1 üzrə dunya çempionatında yay fasiləsindən əvvəlki ilk yarı 5 fərqli pilotun qələbəsi ilə başa çatıb.
Offsideplus.az xəbər verir ki, fasilədən əvvəlki son yarış olan Macarıstan Qran-prisində "Maklaren"in sürücüsü Lando Norris birinci olub. Mərhələdən öncə isə Luis Hemilton ("Ferrari", Barselona-Kataloniya Qran-prisi), Corc Rassell ("Mercedes", Avstriya Qran-prisi), Şarl Lekler ("Ferrari", Böyük Britaniya Qran-prisi) və Andrea Kimi Antonelli ("Mercedes", Belçika Qran-prisi) fərqlənməyi bacarıblar.
Mövsümün ilk altı mərhələsində isə yalnız "Mercedes" pilotları zəfər çalıblar: Avstraliyada Rassell finişə birinci çatıb, növbəti beş yarışda isə ardıcıl olaraq Antonelli qələbələri bayram edib.


