FİFA prezidenti Canni İnfantino matçlar zamanı tətbiq olunan su fasilələrinin kommersiya məqsədi daşıması ilə bağlı yayılan iddialara kəskin reaksiya verib.

Offsideplus.az xəbər verir ki, ​Ali futbol qurumunun rəhbəri bildirib ki, oyunların gedişatında futbolçuların su içməsi üçün yaradılan bu fasilələr sırf idmançıların sağlamlığını qorumaq məqsədi daşıyır:

​"Bu fasilələr tamamilə idman xarakterli bir məsələdir. Onların FİFA üçün heç bir əlavə gəlir gətirməsi söz mövzusu deyil".

​Qeyd edək ki, xüsusilə yüksək temperatur və isti hava şəraitində keçirilən qarşılaşmalarda futbolçuların orqanizminin susuzlaşmasının qarşısını almaq üçün tətbiq edilən bu qərar, bəzi dairələr tərəfindən televiziya yayımında əlavə reklam vaxtı qazanmaq və gəlir əldə etmək gedişi kimi tənqid olunurdu.

 FİFA prezidenti isə bu açıqlaması ilə sözügedən müzakirələrə son qoyub.