"Atletiko Madrid" rəhbərliyi hücumçu Xulyan Alvaresin gələcəyi ilə bağlı qəti qərarını verib.
Offsideplus.az xəbər verir ki, paytaxt təmsilçisi argentinalı ulduzu La Liqadakı birbaşa rəqibləri olan "Real Madrid" və ya "Barselona" klublarına satmaq niyyətində deyil.
Xulyan Alvares klubdan ayrılmaq istədiyini və əsas hədəfinin "Barselona"ya keçmək olduğunu rəhbərliyə bildirib.
"Real Madrid" və "Barselona"nın oyunçuya olan ciddi marağına baxmayaraq, "Atletiko Madrid" prinsiplərindən geri addım atmır və daxili bazarda rəqiblərini gücləndirmək istəmir.
Madrid klubu transfer danışıqlarında oyunçunun müqaviləsindəki yüksək sərbəstqalma maddəsini əsas gətirərək geri addım atmayacağını nümayiş etdirir.
"Atletiko Madrid" oyunçunu İspaniyada saxlamaq istəməsə də, onun komandadan ayrılma israrı davam edərsə, İspaniya xaricindən gələcək təklifləri dəyərləndirməyə hazırdır.
Klub rəhbərliyi ulduz hücumçunu yalnız ölkə hüdudlarından kənara – İngiltərə Premyer Liqası və ya Fransa Liqa 1 təmsilçilərinə satmağa isti yanaşır.


