İyunun 27-də Milli Gimnastika Arenasında keçiriləcək UFC Fight Night Baku tədbirində Mateus Kamilo ilə üz-üzə gələcək Nazim Sadıxov jurnalistlərin önünə çıxıb. 

Offsideplus.az xəbər verir ki, o, əvvəlcə son döyüşdə uduzmasının səbəbini açıqlayıb:

"Düşünürəm ki, bir qədər məşqim az oldu. Hər şeyi sıfırlayaraq, şənbə günü yenidən başlayacam".

N.Sadıxov rəqibi analiz edib, bonusla bağlı açıqlama verib:

"Bilirəm ki, o, ABŞ-də döyüşüb. Bir-birimizi tanıyırıq. O mənim, mən də kiminlə sparrinq etdiyimi bilir. Yaxşı bir gənc oğlandır. Bonus qazanmaq isə heç vaxt hədəfim olmayıb. Sadəcə tamaşalı döyüşürəm. Bu da bonusla nəticələnir". 

"Küncdə "Qara Canavar"ın sürprizləri olacaq" demişdiniz. Kimi nəzərdə tuturdunuz, açıqlamaq mümkündür?", sualına azərbaycanlı döyüşçü belə cavab verib:

"Sürprizimi burada arxada görə bilərsiniz. Küncümdə çempion Sterlinq olacaq. Ümid edirəm ki, keçən il Merab kimi onu da sevəcəksiniz. Mənim məşqçim, komandam da orada olacaq".

Nazim Sadıxov "4 azərbaycanlı, 4 qələbə görəcəyik?", sualına "Bəli. İnşallah. Dördümüz də", deyə cavablandırıb.

FOTO: Elmir Kərimov