Dünya Çempionatında mübarizə aparan Türkiyə milli komandası turnirin ilk iki oyununda qeyri-adi və arzuolunmaz bir rekorda imza atıb.

Offsideplus.az xəbər verir ki, ​"Ay-ulduzlular" keçirdikləri ilk iki qarşılaşmada rəqib qapılarına ümumilikdə 62 zərbə endiriblər ki, bu da çempionatdakı bütün digər komandaların göstəricisindən daha çoxdur.

Türkiyə seçməsinin qapıya doğru yönəltdiyi bu zərbələrdən 13-ü birbaşa çərçivəyə düşsə də, komanda hələ də qol sevinci yaşaya bilməyib.

​Hücum xəttindəki bu qeyri-effektivlik və böyük şanssızlıq idman mediasının və statistika mütəxəssislərinin əsas müzakirə mövzusuna çevrilib. Hücum aktivliyinə görə turnirin lideri olan komandanın son zərbələrdə dəqiqlik nümayiş etdirə bilməməsi azarkeşləri məyus edib.