İyunun 27-də Milli Gimnastika Arenasında keçiriləcək UFC Fight Night Baku tədbirində Brunno Ferreyra ilə qarşılaşacaq İkram Aliskerov Bakıda jurnalistlərin önünə çıxıb.
Offsideplus.az xəbər verir ki, o əvvəlcə "Dağıstandan nə qədər adam gələcək?" sualına cavab verib.
"Deyə bilməyəcəm dəqiq olaraq (gülür). Mənim komandam 10 nəfər olacaq. Burada mənə dəstək göstərəcəklər. Amma saya bilmərəm, yəqin ki, çoxlu azarkeş olacaq. Evimə 2 saatlıq yoldur. Əslində buraya maşınla gəlmişəm. Elə də uzaq deyil. Özüm kənddənəm, orada özümü daha yaxşı hesab edirəm. İndi isə şəhərdə yaşayıram. Ev evdir".
O, İslam Maxaçev və Həbib Nurməhəmmədovun küncündə olmayacağını açıqlayıb:
"İslam öz döyüşünə hazırlaşır və bu səbəbdən gələ bilməyəcək. Həbib isə mənim sparrinqlərimdə olmayıb, özü deyib ki döyüşdüyünü görmədiyi döyüşçülərin küncündə olmaq istəmir".
FOTO: Elmir Kərimov


