İyunun 27-də Milli Gimnastika Arenasında keçiriləcək UFC Fight Night Baku tədbirində Rafael Fiziyevin rəqibi Manuel Torres jurnalistlərin önünə çıxıb. 

Offsideplus.az xəbər verir ki, o, əvvəlcə Bakıda keçiriləcək tədbiri şərh edib: 

"Düşünürəm ki, Rafael mənim ssenarimi görməyib. Mən öz oyunum, öz sürətim ilə gəlirəm. Və sonda qalib gələcəm. Rafaeli necə təsvir edərdim? Rafaeli təcrübəli döyüşçü adlandırardım. Böyük döyüş olacaq. Təcrübəli rəqibdir". 

Ekspertlərin Rafaeli favorit görməsinə meksikalı döyüşçü belə cavab verib:

"Mən belə düşünmürəm. Həmişə döyüşməyə hazıram. İlk raundda qalib gəlmək, planın bir parçasıdır".

M.Torres Bakı şəhəri barədə bu sözləri deyib: 

"Möhtəşəm şəhərdir. Lakin, şəhəri çox gəzə bilməmişəm. Kabab da yedim".