İyunun 27-də MilliGimnastika Arenasında keçiriləcək UFC Fight Night Baku tədbirində Erik Nolan ilə qarşılaşacaq Fərman Həsənov görüşdən əvvəl media önünə çıxıb.
Offsideplus.az xəbər verir ki, o, əvvəlcə Bakıda keçiriləcək tədbiri şərh edib:
"Azərbaycanda UFC-nin olmağı, Azərbaycan döyüşçüləri üçün böyük tədbirdir. Bu, ayrıca motivasiya verir. Səbirsizliklə 6-cı gün keçiriləcək döyüşü gözləyirəm. Özümü yaxşı hiss edirəm. Vətəndə çıxış etmək təzyiq yox, tam bir motivasiyadır. Çəki prosesi yaxşı gedir. Hazır olacağıq".
Erik Nolanın küncünə adam axtarması məsələsinə Fərman belə cavab verib:
"Mən açığı buna fikir vermirəm. Özümə fokuslanmışam. Ümid edirəm tapıb. 6-cı gün axşama hazıram. Rəqib yaxşı döyüşçüdür. Təcrübəlidir. Ayaqüstündə mübarizə aparan döyüşçüdür. Onun döyüşünü analiz etmişik".
F. Həsənov UFC-dəki hədəfini dilə gətirib:
"İlk hədəf UFC-yə düşməkdir. Hədəf çempion olmaqdır. Addım-addım irəli getmək lazımdır. Mənim divizion ən marfaqlı və çətin divizionlardan biridir. Çətin rəqiblər var. Çalışrıq ki dünənkindən çox bu günə fokuslanaq. Rəqibə yox özümüzə fokuslanırıq".


