İyunun 27-də Milli Gimnastika Arenasında keçiriləcək UFC Fight Night Baku tədbirində Asu Almabayev ilə üz-üzə gələcək Çarlz Conson jurnalistlərin önünə çıxıb.
Offsideplus.az xəbər verir ki, o, əvvəlcə Bakıdaya gəlişini şərh edib:
"Deyərdim ki, gecə 1-də Bakıya çatdım. Orada məni bir qrup uşaq gözləyirdi. Öyrənmişdilər ki, burada olacam. Burda olduğum müddətcə yeməkləri dada bilməmişəm. UFC-nin təqdim etdiyhi yeməkləri yemşəm. Döyüşdən sonra nə isə tapıb yeməyə çalışacam".
O, öz döyüş tərzi barədə bu sözləri deyib:
"Peşəkar boks yarışlarında yarışmışam. Bu döyüş sənətinin dərinliyini öyrənmək istəyirdim. Boksdan çox şey öyrənmişəm. Lakin bu 21 yaşımda idi".
Conson Rafael Fiziyev keçdiyi hazırlıq barədə danışıb:
"Rafael Bakıda nə etməyi məsləhət görüb? Rafaeli sevirəm. Onunla 2021-ci ildə qarşılaşmışam. O mənim muay tay məşqçim idi. Onunla qardaş kimiyik. O mənə dedi ki, məni izləməyi sevir. O mənə məsləhət verdi ki, müəyyən zərbələr yetirə bilərəm. Nə olduğunu deməyəcəm".


