İyunun 27-də Milli Gimnastika Arenasında keçiriləcək UFC Fight Night Baku tədbirində Manuel Torres ilə qarşılaşacaq Rafael Fiziyev jurnalistlərin önünə çıxıb. 

Offsideplus.az xəbər verir ki, o, döyüş barədə fikirlərini bölüşüb: 

"Manuel hündürdür, bütün rəqiblərim kimiidr. Güclərimiz bərabərdir. İkimizin də əlində qumbara var. UFC-də indiyəcək qazandığım bütün təcrübəni istifadə edəcək. Onun zəifliklərini özünə qarşı işlədəcəm. Deyərdim ki, onun qeyri-adi gücü, fəndləri yoxdur. O sadə şeyləri çox yaxşı və sürətlə icra edir". 

Fiziyev İlia Topuriaya qalib gələrək kəməri qazanan Castin Qeyci ilə bağlı bu sözləri deyib:

"Caytin Qeyci mənə 2 dəfə qalib gəlib, kəməri də götürdü. O yaxşı enerjili idi. Belə bir hekayə danışım, qəfəsdə 30 dəqiqə idik. O elə möhtəşəm döyüş göstərdi ki, öz çıxışı ilə mənə motivasiya verdi. Məktəbdə belə olardı, biri ilə dalaşandan sonra dostlaşırıq. Şənbə günü onun mənə verdiyi motivasiya mənə güc verəcək". 

Rafael Fiziyev ailəsindən söz açıb:

"Mənim və ailəm üçün bu qeyri adidir. Ailəm Mərkəzi asiyaya sürgün olundu. Yaşadılar, sağ qaldılar. 3-cü nəsiləm lki varam, yaşayıram. Babalarım bunu görsəydi qürur duyardı. Atam da qürur duyur. Pəhrizə gəlincə, hər qafqazlı kimi pəhriz mənim üçün də döyüşdən əvvəl çətindir". 

FOTO: Elmir Kərimov