İyunun 27-də Milli Gimnastika Arenasında keçiriləcək UFC Fight Night Baku tədbirində Çarlz Conson ilə üz-üzə gələcək Asu Almabayev jurnalistlərin önünə çıxıb.
Offsideplus.az xəbər verir ki, qazaxıstanlı döyüşçü hazırlıq prosesindən danışıb:
"3 həftədir ki, Bakıdayam. Özümü yerli kimi hiss edirəm. Tarixi yerləri, məkanları gördüm. Bundan əvvəl hazırlığımı Qafqazda, dağlarda və Bakıda keçirdik. 3 kampım vardı. Son düşərgəm burada oldu. Mən özüm barədə deyə bilərəm ki, universal döyüşçüyəm. Bunu döyüşdə görəcəksiniz. Xüsusi sürpriz görünməyəcək. Əsas bu olacaq ki, qələbə parlaq olsun".
Asu Rafael Fiziyevin rəqibi Çarlza məsləhət verməsi barədə bu sözləri deyib:
"Fiziyev yaxşı döyüşçüdür. Əminəm ki, Rafael ona yaxşı məsləhətlər verib. Ümid edirəm ki, o məsləhətlər ona kömək olacaq".


