Futbol dünyasında növbəti böyük transfer bombası partlaya bilər.
Offsideplus.az xəbər verir ki, "Real Madrid" klubu "Çelsi"nin argentinalı yarımmüdafiəçisi Enzo Fernandesi transfer etmək üçün hərəkətə keçib.
Bu transfer cəhdinin arxasında dayanan əsas fiqurlardan birinin portuqaliyalı mütəxəssis Joze Mourinyo olduğu bildirilir. "Kral Klubu"nun rəhbərliyi argentinalı ulduzu heyətin gücləndirilməsi yolunda baş hədəf olaraq görür.
Məsələnin ən diqqətçəkən tərəfi isə futbolçunun öz qərarıdır. Enzo Fernandesin karyerasını Madrid nəhəngində davam etdirmək istədiyini və "Real Madrid"ə qoşulmağa can atdığını gizlətmədiyi qeyd olunur.
Müqavilə ilə İngiltərə klubuna məxsus olan 25 yaşlı yarımmüdafiəçinin keçidinin reallaşması üçün klublar arasında rəsmi danışıqların yaxın müddətdə başlaması gözlənilir.


