Braziliyalı ulduz futbolçu Neymarın həyat yoldaşı Bruna Biankardi ictimaiyyətdə futbolçu xanımları ilə bağlı formalaşan yanlış alqıya qarşı kəskin etirazını bildirib.

Offsideplus.az xəbər verir ki, model və sosial media fenomeni olan Biankardi, insanların onların həyatını sadəcə təmtəraqdan ibarət gördüyünü, lakin reallığın tamamilə fərqli olduğunu vurğulayıb.

​Bruna Biankardi mövzu ilə bağlı verdiyi bəyanatda bu fikirləri səsləndirib:

"İnsanlar futbolçuların xanımlarının havayı bir həyat yaşadıqlarını deyirlər. Bizim evdə oturub heç bir iş görmədiyimizi, sadəcə göstərişlə məşğul olduğumuzu düşünürlər. Amma belə bir şey yoxdur. Mən çalışıram. Öz pulumu qazanır, öz hesablarımı və kredit kartlarımı özüm ödəyirəm. Futbolçuların xanımları havayı yaşamır. Ortada çox yanlış bir alqı var."

​Biankardi bu açıqlaması ilə futbolçu partnyoru olmağın cəmiyyətdəki vizual qəbulundan daha çox məsuliyyət və şəxsi əmək tələb etdiyini diqqətə çatdırıb.

O, bir çox futbolçu xanımının şəxsi karyerası, biznesi və müstəqil qazanclı işlərinin olduğunu xatırladaraq, qadınların fərdi uğurlarının kölgədə qalmaması gərəkdiyini ifadə edib.