“Cavab oyununda tam başqa futbol oynayacağıq”.

Offsideplus.az xəbər verir ki, bu sözləri “Turan-Tovuz”un məşqçisi Yunis Hüseynov Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Zirə”yə (0:2) qarşı keçirdikləri matçdan sonra mətbuat konfransında deyib.

Mütəxəssis oyunla bağlı fikirlərini bölüşüb:

"Kubok oyununda hər bir komanda istəyər ki, qalib gəlsin. Kubok, UEFA Avropa liqasına ən qısa yoldur. Bugünkü oyunda qalib gəlmək istəyirdik. Öz səhvlərimizdən qollar buraxdıq. Rəqib komanda da əks hücumlarda yaxşı idi. Qarşıda cavab qarşılaşması var. Tam ciddi hazırlaşıb finala vəsiqə qazanmaq istəyirik”.

Qeyd edək ki, raundun cavab matçları aprelin 21-22-də keçiriləcək.