Azərbaycan Basketbol Liqasında (ABL) pley-in mərhələsinə start verilir

Offsideplus.az xəbər verir ki, bu gün iki qarşılaşma keçiriləcək.

Günün ilk oyunu Qubada baş tutub. Yerli komanda "Şəki"ni qəbul edib.

İlk dueldən "Şəki" qələbə ilə ayrılıb - 101:89.

Günün ikinci matçı isə saat 19:00-da Bakı İdman Sarayında başlayacaq. Bu görüşdə "Naxçıvan" və "Sərhədçi" mübarizə aparacaqlar.

Qeyd edək ki, bu mərhələdə iki qələbəyə ilk çatan komanda 1/4 finala yüksələcək.

ABL, pley-in mərhələsi

3 aprel (cümə)

15:00 "Quba" - "Şəki" 89:101 (26:25, 24:26, 15:29, 24:21) (seriyada hesab - 0:1)

Quba Olimpiya İdman Kompleksi

19:00 "Naxçıvan" - "Sərhədçi" 

Bakı İdman Sarayı