BMF kəmərinin sahibi Çarlz Oliveyra Konor Makqreqorun oktaqona mümkün qayıdışı barədə danışıb.
Offisdeplus.az xəbər verir ki, təcrübəli döyüşçü bunları söyləyib:
"Konor dəfələrlə qayıdacağını vəd etsə də, heç nə baş verməyib. Lakin bu dəfə buna inanmağımın səbəblərindən biri odur ki, Dana Uayt adətən onun dediklərinə heç bir reaksiya vermirdi. İndi isə o, bu barədə danışıb.
Ona görə də, həqiqətən hesab edirəm ki, o, qayıda və Beynəlxalq Döyüş Həftəsində (International Fight Week) döyüş keçirə bilər", – deyə Oliveyra bildirib.
Qeyd edək ki, Makqreqor sonuncu dəfə 2021-ci ilin iyulunda döyüşüb. Dastin Porye ilə üçüncü qarşılaşmada o, ayağından ağır zədə almış və texniki nokautla məğlub olmuşdu.


