"Sumqayıt"ın oyunçu-məşqçisi Aleksey Kitayev NTD ilə pley-in matçı öncəsi klubun mətbuat xidmətinə açıqlama verib.
Offsideplus.az xəbər verir ki, mütəxəssis ilk olaraq qrupdakı mövqelərinə təsir edən "Sərhədçi" ilə son görüşə toxunub:
"Bu mövsüm çox maraqlı keçdi. Qrupda 3-cü yeri tuta bilərdik, lakin son oyunda emosiyalar pik həddə çatdı. Baş məşqçimiz Vadim Kuramşın və əsas oyun qurucumuz Keon Klerqotun kənarlaşdırılması nəticəsində son hissəni uduzduq. "Sərhədçi"ni və baş məşqçi Anar Sarıyevi qrup üçüncüsü olmaları münasibətilə təbrik edirəm. Onlara pley-in mərhələsində uğurlar arzulayıram".
Kitayev komandasının legionerlərinə təşəkkür edərək qarşıdakı mərhələ barədə danışıb:
"Legionerlərimiz mövsüm boyu 40 dəqiqə fasiləsiz mübarizə apararaq əla statistik göstəricilərlə yadda qaldılar. NTD ilə pley-in seriyasında mərhələ adlamaq üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik".


