İtaliya yığmasının baş məşqçisi Cennaro Qattuzonun vəzifəsinə son verilib.

Offsideplus.az xəbər verir ki, 48 yaşlı mütəxəssislə İtaliya Futbol Federasiyası (FIGC) arasındakı müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Bu barədə yayılan rəsmi bəyanatda bildirilib.

Qattuzo 2025-ci ilin iyununda Luçano Spallettini əvəzləmiş və "azzurri"nin baş məşqçisi kimi debüt matçında, 2025-ci ilin sentyabrında Estoniya üzərində 5:0 hesablı qələbə qazanmışdı.

Qeyd edək ki, İtaliya millisi çərşənbə axşamı pley-off mərhələsinin finalında Bosniya və Herseqovinaya penaltilər seriyasında uduzaraq ardıcıl üçüncü dəfə dünya çempionatına vəsiqə qazana bilməyib.