Harri Keyn bu həftəsonu "Bayern Munih"in "Frayburq"a qarşı keçirəcəyi Bundesliqa matçını qaçıracaq, lakin gələn həftə Çempionlar Liqasında "Real Madrid"lə qarşılaşmaya hazır olmalıdır.

Offsideplus.az xəbər verir ki, bu barədə baş məşqçi Vinsent Kompani cümə günü məlumat verib.

Keyn topuq nahiyəsindəki problem səbəbindən İngiltərə millisinin bu həftə Yaponiya ilə yoldaşlıq görüşündəki məğlubiyyətini kənardan izləyib.

Qeyd edək ki, Münhen təmsilçisi aprelin 7-də, Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda "Santyaqo Bernabeu"da "Real Madrid"in qonağı olacaq.