"Bavariya" rəhbərliyi bu yay klubun ulduzlarından birini satmağa hazırlaşır.
Offsideplue.az xəbər verir ki, onlar komandanın kanadalı sol cinah müdafiəçisi Alfonso Devisin bu yay transferə çıxarılmasını daxili iclaslarda ciddi şəkildə müzakirə etməyə başlayıb.
Münhen klubunun 25 yaşlı ulduz futbolçu ilə yollarını ayırmaq istəməsinin arxasında iki əsas səbəb dayanır:
-
Zədə tarixçəsi: Devisin son mövsümlərdə mütəmadi olaraq zədələnməsi rəhbərliyin səbrini daşırıb. Kanadalı müdafiəçi təkcə geridə qalan mövsümdə müxtəlif zədələr səbəbindən komandasına 15 oyunda kömək edə bilməyib (ondan əvvəlki mövsümdə isə bütövlükdə 37 matçı buraxmışdı). Klub onun davamlı olaraq tibb otağında qalmasından narahatdır.
-
Yüksək maaş yükü: Alfonso Devisin illik maaşı təxminən 15 milyon avro civarındadır.
"Bavariya" rəhbərliyi zədə səbəbindən sabit oynamayan bir futbolçu üçün bu məbləğin çox böyük maliyyə yükü olduğunu düşünür və büdcədə qənaət etmək niyyətindədir.
Rəhbərlikdən fərqli olaraq, baş məşqçi Vinsent Kompani (Vincent Kompany) bu ayrılığın qətiyyən tərəfdarı deyil.
Qeyd edək ki, Alfonso Devis "Bavariya" ilə müqaviləsini uzunmüddətli dövr üçün (2030-cu ilin yayına qədər) yeniləsə də, rəhbərlik yaxşı bir təklif gələcəyi təqdirdə onu satmağa hazırdır. Futbolçu ilə başda ingilis nəhəngi "Mançester Yunayted" olmaqla, bir neçə Avropa klubu yaxından maraqlanır.



